Xəbər almağınız üçün varıq

Xəstələri bikinidə müayinə edən tibb bacısının kimliyi məlum oldu — FOTOLAR

2



İnternetdə yayılan görüntüləri ilə Rusiyanı ayağa qaldıran tibb bacısı bu dəfə yenidən mətbuatın müzakirə mövzusu olub.
Moderator.az xəbər verir ki, havanın isti olması səbəbiylə bikinisinin üstündə şəffaf qoruyucu geyinən tibb bacısının 23 yaşlı Nadya adlı bir xanım olduğu məlum olub. Həm özünün, həm də xəstələrin həyatını riskə atan qadına sosial mediada və işdə həmkarları tərəfindən dəstək mesajları gəlib. Bir çox tibb işçisi Kovid-19 pandemiyası ilə mübarizə aparan xəstəxanalarda tibbi ləvazimatların çatışmadığını deyərək tibb bacısına dəstək olublar. 
Ölkənin qərbindəki Tula şəhərində Regional Xəstəxanada işləyən tibb bacısı isti hava şəraitində uzun müddət xüsusi paltarda işləməkdən bezdiyini deyərək üzr istəmişdi. 
Vasif Əlihüseyn

Mənbə: www.moderator.az