Xəbər almağınız üçün varıq

Şuşa provokasiyası: Bakı niyə hərəkətə keçmədi?

3

Ana səhifə
Siyasət




Ermənistan Şuşanın Azərbaycan və azərbaycanlılar üçün həddən artıq həssas yer olduğunu bildiyi üçün son vaxtlar bu provokasiyalara cəhd edir.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Azərbaycanın işğal altında olan ərazilərində yaradılan separatçı-terrorçu qurumun “prezidenti”nin “andiçmə” mərasiminin Şuşada keçirilməsinə Musavat.com-un canlı yayımında münasibət bildirərkən deyib.

A.Camalqızı deyib ki, son aylar Rusiyanın Ermənistana təzyiqləri güclənib:

“Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşdiyi göz önündədir. Bunun ən bariz nümunələrindən biri Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı mərhələli həll variantının danışıqlar masasında olmasını bəyan etməsidir. Bundan sonra Ermənistanda baş verən proseslər və gərginliyi hamı xatırlayır. Hətta Paşinyan buna görə Moskva səfərini təxirə saldı və yaxud Kreml bu səfərin reallaşmasını istəmədi. Ortada mərhələli həll variantı var və Ermənistan rəhbərliyi bundan geri çəkilmək üçün müxtəlif variantlara əl atır. Paşinyan çıxılmaz durumdadır və istəyir ki, Azərbaycanı provokasiyaya çəkərək, Bakının hərbi həmləsinə nail olsun və bu faktdan istifadə edərək, danışıqlardan geri çəkilsin. Bu baxımdan Azərbaycanın bu provokasiyaya getməməsi anlayışla qarşılanmalıdır”.

A.Camalqızı həmçinin bildirib ki, Şuşa provokasiyasına ən yaxşı cavab Ordumuzun 18 mayda başlayan və real döyüş şəraitinə uyğun hərbi təlimlərinin keçirilməsidir.

Mənbə: axar.az