Xəbər almağınız üçün varıq

«Moskva bu prosesə müdaxilə etməyəcək, Rusiya böhran içindədir, başı qalmaqaldadır»

3



Artıq mayın 18-dən 22-dək Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb. Bunun davamı bu gün, məhz bu gün, may ayının 21- i Qarabağda anti-terror əməliyyatların keçirilməsi olmalıdır. Azərbaycanın Qarabağda öz ərazisində antiterror əməliyyatları keçirməsi onun öz hüququdur. Azərbaycan müharibəyə belə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, Azərbaycan ərazisinin, bütövlüyümüzün təmin edilməsi uğrunda aparılan əməliyyatdır.Dəfələrlə dünyanın, eləcə də Azərbaycanın ehtiyyat elədiyi Rusiyanın çoxsaylı politoloqları hesab edirlər ki, Azərbaycan öz daxilində separatizmə qarşı mübarizə adı altında hərbi əməliyyatlara başlaya bilər. Əgər Rusiyanın Ermənistandakı qoşunları müharibəyə müdaxilə edərsə, bu artıq başqa dövlətin ərazisinə hərbi müdaxilə kimi qəbul ediləcək və məsələ BMT səviyyəsinə qaldırılacaq. Və buna görə Azərbaycanı qınamamalıdırlar. İşğal olunmuş torpaqlar azad edilməlidir. Bu gün bütün xalqımız torpaqlarımızın azad olunmasını istəyir. Yüzlərlə insanlar Ali Baş komanda müraciət edirlər. Xalq artıq gözləməkdən bezib. Belə atəşkəs olmur. 27-28 il danışıq olmaz. Bu sadəcə olaraq vaxtı uzatmaqdan, baş aldatmaqdan başqa bir şey deyil.Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu uzun illərdi ki gözlədi. Nəticəsi də bu oldu ki, artıq Ermənistan rəhbərliyi bildirir ki, Qarabağla bağlı heç bir sənət yoxdur. İşqal edilmiş rayonlar isə təlükəsizlik zolağıdır. Bu da Məmmədyarovun uzun illər apardığı siyasət. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı dəfələrlə vurğulayıb ki, güclü ordumuz var, və ordumuz torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ali baş komandanımız dəfələrlə deyib ki, torpaqlarımızı azadlığı sülh yoluyla həll edilməsə, hərbi yolla torpaqlarımızı azad edəcəyik. Həmin gün gəlib çatıb. Pandemiya bəhanə olmamalıdır. Elə pandemiyanın şərtlərini pozan başda Paşinyan və erməni separaçılarıdır. Onlar karantini poza bilər, amma bizə olmaz. Azərbaycan Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının qərarından ehtiyatlanır, amma bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, qədim Azərbaycan torpağıdır və dünyanın heç bir ölkəsi qondarama Qarabağ rejimini onun müstəqilliyini tanımayıb. O üzdən Azərbaycan müharibəyə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən prosesdir. Düşünürəm ki, Moskva bu prosesə zərrə qədər də müdaxilə etməməlidir. Rusiya böhran içindədir, başı qalmaqaldadır. Son zamanlar rusiyalı siyasətçilərin bu barədə tez-tez danışması təsüdüf deyil. Bu gün isə baş verəcək hadisə Paşinyanın Şuşaya gəlib Araik Arutyunyanın qondarma rejimə prezidentliyini təstiq etməsi, inaqurasiyada iştirak etməsi həyasızlıdır. Bunub qarşısı mütləq alınmalıdır.Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağımızı, Qarabağımızı xilas edin!
Nəsib Verdiyev, Moskvada yaşayan tanınmış şair

Mənbə: www.moderator.az