Xəbər almağınız üçün varıq

ABŞ «Açıq Səma Müqaviləsi»ndən çıxır

4

Dünya 21 may — 23:32

ABŞ «Açıq Səma Müqaviləsi»ndən çıxır

ABŞ Prezidenti Donald Tramp ölkəsinin «Açıq Səma Müqaviləsi»ndən çıxacağını açıqlayıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Tramp Rusiyanın razılaşmaya əməl etməməsi səbəbindən belə qərara gəlindiyini bildirib.

O deyib: «Düşünürəm ki, Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Lakin Rusiya razılaşmaya riayət etmədi. Buna görə də onlar şərtlərə əməl edənə qədər biz müqavilədən ayrılacağıq. Ancaq yeni bir razılaşma əldə edə biləcəyimiz üçün çox yaxşı şans var. Yenidən bir araya gəlmək üçün bir şey edəcəyik”.

Virtualaz.org xatırladır ki, “Açıq Səma Müqaviləsi” 1992-ci ildə 24 ölkə arasında soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsi tədbiri kimi imzalanıb. Hazırda sazişin 34 üzv-dövləti var. Müqavilə iştirakçı-ölkələrə bir-birilərinin silahlı qüvvələri və hərbi fəaliyyətləri haqda açıq informasiya toplamaq icazəsi verir.

ABŞ və Rusiya dəfələrlə bir-birilərini müqavilənin şərtlərini pozmaqda ittiham ediblər. Rusiya XİN-i isə Vaşinqtonun Moskvanı öhdəlikləri pozmaqda günahlandırmaqla əslində sənədin icrası ilə bağlı şəxsi problemləri barədə susmaq niyyətində olduğunu açıqlayıb.

Mənbə: virtualaz.org