Xəbər almağınız üçün varıq

İspaniyada son sutkada koronavirusdan 48, Fransada isə 83 nəfər öldü

4

Dünya 22 may — 01:18

İspaniyada son sutkada koronavirusdan 48, Fransada isə 83 nəfər öldü

İspaniyada son 24 saat ərzində daha 482 nəfərdə konavirus aşkarlanıb, daha 48 nəfər isə dünyasını dəyişib.

Virtualaz.org-un məlumatına görə, 16 martdan bəri ilk dəfədir ki, bu göstərici 50 nəfərdən azdır.

Ümumilikdə ölkədə pandemiya zamanı 27,9 min insan koronavirus infeksiyası nəticəsində dünyasını dəyişib.

Fransada isə son sutka ərzində müalicə alan xəstələrdən 83-ü ölüb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı sayı 28 mini ötüb.

Mənbə: virtualaz.org