Xəbər almağınız üçün varıq

Evinə çəkiliş üçün gələnləri spirtləyib, sonra içəri buraxdı — VİDEO

2



Aparıcı Günay Firudinqızı Xalq artisti Məleykə Əsədovanın maraqlı görüntülərini paylaşıb.
Xalq artisti ATV-də yayımlanan «Ulduzlu yayım» proqramını evində qonaq edib. Aktrisa evinə gələn aparıcı və operatoru spirtlədikdən sonra evə buraxıb.
«Əvvəlcə spirtlənmək lazımdır. Karantin vaxtıdır, olmaz. Küçədən gəlirsiniz, kameraya, başqa yerlərə əl vurursunuz. Qayda-qanuna mütləq əməl edilməlidir. Bu, özümüzə, yaxınlarımıza lazımdır. Yaxınlarımızı qorumalıyıq», — deyə, Əsədova bildirib.
Həmin görüntüləri Günay «İnstagram» sosial şəbəkəsindəki hesabında yayımlayaraq «Siz də gələn qonağı spirtləyirsiniz? Yoxsa evinizə gələn yoxdur? Karantin hamını bir-birinə həsrət qoydu» sözlərini yazıb.

Mənbə: www.moderator.az