Xəbər almağınız üçün varıq

“YouTube” istifadəçilərə  yatmaq vaxtı olduğunu xatırladacaq…

4



«YouTube” xidməti istifadəçilərinə videoya baxmağa sərf olunan vaxtı azaltmağa kömək etmək qərarına gəlib.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, “Android” və “iOS” üçün “YouTube” tətbiqetməsində yeni bir xüsusiyyət görünəcək. İstifadəçilər yatağa getməyin vaxtı olduğunu xatırladan bildirişlər alacaqlar. 
Son iki ildə “YouTube” istifadəçilərə bir video izləməyə nə qədər vaxt sərf etdiklərini idarə etməyə və istədikləri təqdirdə tənzimləməyə imkan verən bir sıra funksiyalar hazırlayıb. Məsələn, bir video izləməkdən özünüzü çəkindirmək üçün bir xatırlatma əlavə edə bilərsiniz. Bundan yayındırmamaq üçün yeni videoların bildirişlərini yalnız müəyyən bir müddət ərzində almaq mümkündür.  Mayın 20-dən etibarən isə “Android” və “iPhone”dakı mobil qurğular üçün “YouTube” tətbiqetməsində başqa bir xüsusiyyət görünəcək ki, bu da videoya baxmağın vaxtını azaltmağa kömək edir — yatmağın vaxtı olduğunu xatırladır. Xatırlatmalar almaq vaxtı proqram parametrlərində təyin edilə bilər. Bir bildiriş aldığınız zaman xatırlatmanı qəbul edə, rədd edə və ya bir müddət təxirə sala bilərsiniz.
Sultan Laçın

Mənbə: www.moderator.az