Xəbər almağınız üçün varıq

Afətdən Xalq artistinə sərt ismarıc: “Heç dədəmdən üzr istəmirəm”

3

#ŞOU-BİZNES

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə verəcəyi ilə bağlı Oxu.az-a açıqlama verib.

Qalmaqallı məsələyə A.Fərmanqızı sosial media hesabında iddialı cavab verib:

"Flora adlı Xalq artisti var. Guya o, məni məhkəməyə vermək istəyir. Dediyinə görə, ondan üzrxahlıq etmək istəmişəm. Bu adam da deyib ki, mən onun üzr istəməsini qəbul etmirəm. Mən heç dədəmdən üzr istəmirəm, qaldı ki, bu xanımdan istəyim. O xanımı tanımıram".

Qeyd edək ki, tərəflərin münasibətinin korlanmasına səbəb Xalq artisti Flora Kərimovanın A.Fərmanqızının "Sığmazam" qəzəlini oxumasını tənqid etməsi olub.

Mənbə: news.milli.az