Xəbər almağınız üçün varıq

İllik inflyasiya azalıb

4

21.05.2020
Maliyyə

Avrozona ölkələrində aprel ayı üçün ortalama illik inflyasiya 0.3% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 1.7% olub. Avropa Birliyinə daxil olan ölkələrdə isə aprel ayının illik inflyasiya rəqəmi isə ötən ilə nisbətdə 1.2% azalaraq 0.7% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Çexiya (3.3%) və Polşada (2.9%), ən aşağı göstərici isə Sloveniyada (-1.3%) qeydə alınıb.

Mənbə: www.kommersant.az