Xəbər almağınız üçün varıq

Yerevanda erməni futbolçuların büstləri oğurlanıb

5

Dünya 20 may — 21:47

Yerevanda erməni futbolçuların büstləri oğurlanıb

Rusiya Futbol İttifaqının sabiq vitse-prezidenti, Ermənistanın «Ararat» klubunun keçmiş futbolçusu və baş məşqçisi Nikita Simonyanın Yerevandakı büstü oğurlanıb.

«Urishfootball» nəşrinin məlumatına görə, naməlum şəxslər Simonyanla yanaşı, klubun digər keçmiş üzvləri — Robert Tsaqikyan, Onik Abramyan və Arutyun Keyeyanın da heykəllərini aparıblar.

«Razdan» stadionunun qarşısında yerləşən büstləri «Ararat-73» heykəltəraş qrupu komandanın 1973-cü ildə SSRİ çempionatını və kubokunu qazanması şərəfinə hazırlayıb.

Qeyd edək ki, Nikita Simonyan 1973/1974 və 1984/1985 mövsümlərində «Ararat»a başçılıq edib.

Mənbə: virtualaz.org