Xəbər almağınız üçün varıq

Dəliliyin iyi. Şizofrenləri itlər qoxuya görə tanıyır?!

3

Seçenov adına MDTU və Severçov adına REA olan Rusiyalı alimlər şizofreniyanı qoxusu ilə təsbit etmək üçün bir üsul inkişaf etdirmək üzrədirlər. Tədqiqat, bu xəstəliyi olan xəstələrin, sağlam insanlardan fərqləndirən qoxu sferasının olduğuna əsaslanır. Bütün dünyadakı elm adamları bu xəstəliyin diaqnozu problemi ilə məşğul olmaqdadır, lakin indiyə qədər heç bir tədqiqatçı qrupu şizofreniya xəstəsini sağlam bir insandan fərqləndirən hər hansı bir obyektiv fiziki göstəricilər tapa bilməmişdir. Buna görə də, rus mütəxəssislərinin şizofreniya ətrafındakı qazlı mühitin xüsusi molekulyar tərkibi haqqında irəli sürdüyü fərziyyə elmə böyük maraq gətirir. Əslində sizofreniya qoxusunun itlər tərəfindən ayırd edilə bilməsi ideyası XX əsrdə meydana gəlib. Lakin fiziki olaraq sağlam birindən fərqləndirən uçucu maddələr haqqında etibarlı məlumat əldə etmək üçün onlarla təcrübə lazımdır.

Rus elm adamları əvvəlcə köpəklərin (qeyd edək ki, bu məqsədlə Şpiç-шпиц adlı it cinsi istifadə edilməsi nəzərdə tutulur) köməyi ilə şizofreniyanın qoxu izini çəkmək və sonra tərkibindəki molekulların ətraflı laboratoriya analizini aparmaq niyyətindədirlər. Şizofreniya zamanı qanda maddələr xüsusən də şəkər mübadiləsində olan dəyişkənliyin baş verməsi artıq bəllidir. Alimlər xəstə və sağlam insanlardan qan götürməyi və sonra onu qurutmağı planlaşdırırlar. Sonra müəyyən bir su əlavə edərək salfetka üzərinə çöxdürüləcəkdir. Belə bir salfet, qoxu izlərini təqdim etmə üsuluna görə itlər üçün naviqasiya rolu oynayır. Təlim keçmiş itlər sağlam insanın qan nümunəsi ilə xəstə insanın qan nümunəsini fərqləndirməyi öyrədiləcəkdir.

Parafaz ekstraktoru ilə qan nümunəsinin qarışdırılmasından iy törədən xüsusi xromatoqraflar vardır. Sonra bu qoxu xüsusi bir tunelə salınır, soyudulur və konsentrə olunur. Qoxu komponentlərini xromatoqrafda qeyd edirik və sonradan bu birləşmələri xəstəliyin markeri hesab edirik.

Rusiyanın Müstəqil Psixiatrik Assosiasiyasının prezidenti Yuri Savenko da iylə işləməyin təsirli ola biləcəyini düşünür.

— Bu fikirlər psixiatriyada çoxdan var. İnsan qoxusuna  ümumiyyətlə elmdə lazımi diqqət verilmir. İnsanlar ətir və dezodorantlardan istifadə edirlər, bu da təbiət tərəfindən təsəvvür edilən sxemlərin pozulmasına, məsələn, tərəfdaş seçiminə səbəb olur. Xəstəliklərdə də eynidir, buna görə də istiqamət düzgün və perspektivlidir ”deyə psixiatr həkim bildirmişdir…..

Mənbə: www.yasilelm.com