Xəbər almağınız üçün varıq

Təkamül genetikası. Genetik oxşarlıq nədir? İnsan genomu digər canlılarla nə qədər oxşardır.

6

İnternetdə bəzən “İnsanlarla milçəklərin də genlərinin 60%-i oxşardır, deməli milçəkdən gəlmişik.” ya da “Kartofların da 48 xromosomu var, şempanzelərin də. Bəlkə də kartofdan gəlmişik.” kimi aşağı səviyyəli amma insanları çaşdıra biləcək “argumentlər” görmək mümkündür. Bu yazımızda, bu argumentlərin xətalarını izah edəcəyik.

Gen oxşarlığı (Genetik oxşarlıq) nə deməkdir?

Genetik oxşarlıq, ələ alınan iki növün ya da növ qrupunun genomlarının (var olan bütün genlərin cəminin) bir-biri ilə olan oxşarlıq səviyyəsi ola biləcəyi kimi, bu növ və ya növ qruplarının yalnız bəzi gen bölgələrinin bir-biri ilə olan oxşarlığı mənasına da gələ bilər.

Gen oxşarlığından danışarkən, hansı üsulla oxşarlığın analiz edildiyini dəqiqləşdirmək lazımdır, çünki bir çox fərqli oxşarlıq analizləri etmək mümkündür. Məsələn, ən çox istifadə olunan üsullardan biri, fərqli növlərin eyni hissələrində yerləşən transpozon-ların analizinə əsaslanır (ki insan genomunun 50%-ni “sıçrayan gen hissələri” olaraq bilinən transpozonlar təşkil edir). Bir digər çox yayılmış üsul, kokret zülalları kodlayan genləri analiz etməkdir. Daha irimiqyaslı tətqiqatlarda isə məlum olan bütün nükleotidlərin tək-tək analizi də aparıla bilər.

Əlimizdəki tamamlanmış genom xəritələrinin sayı artıqca (ki indiyə qədər yüzlərlə növə aid on minlərlə genom sıralanmış və xəritələşdirilmişdir), nukleotid əsaslı analizlər də mümkün ola bilər. Buna baxmayaraq, bu son üsul çox çətin bir işdir və ancaq kompyuter programları vasitəsilə edilə bilir. Təbii ki, texnologiya inkişaf etdikcə və superkompyuterlər daha da əlçatan hala gəldikcə, bu proses də getdikcə daha da asanlaşacaq. Bütün bunlardan əlavə, hər hanısısa bir zülal kodlamayan intron bölgələri ilə, zülal istehsalında istifadə olunan ekson bölgələrinin müqayisəli analizləri də edilə bilər.

Qısası, müqayisəli genetika sahəsində çox fərqli üsullardan istifadə olunur. Gəlin bunlarla biraz daha yaxından tanış olaq:

Növlərarası genetik oxşarlıq: Genomlar, Eksonlar və İntronlar

İki növün bir-biri ilə genetik yaxınlığı, yəni qohumluğunu analiz edilərkən, genom sıralanması aparılır, indellər (əlavə olunmaya və silinməyə səbəb olan mutasiyalar) ələyində, geridə qalan əsasların neçə faizinin eyni olub-olmadığına baxılır. 

Bildiyimiz kimi, şempanzeylə insan arasında 1,23% olan genom fərqliliyi (98,77% oxşarlıq), insan ilə makaka meymunları arasında 6,44%, insan ilə Yeni Dünya Meymunları arasında 11%, insan ilə lemurlar arasında 20% həndəvərindədir. Buna daha sonra qayıdacağıq. Yəni genlərin analizindən əvvəl, təkamül biologiyasının fosillər, anatomiya, ekologiya, rol, fiziologiya, davranış kimi aspektlərdən proqnoz verdiyi qohumluq səviyyəsi, genetik olaraq da dəqiq bir şəkildə təstiq edilir. Bu da təkamül biologiyasının günücü bizə göstərir.

Burda bunu başa düşmək lazımdır: bu genetik fərqlər, genom boyu olan oxşarlığın miqdarlarıdır. Eksonlarda, yəni zülal kodlama vəzifəsi olan genlərdə növlərarası oxşarlıqlar çoxdur. Ancaq intronlarda, yəni bir-başa zülal istehsal etməyən, ancaq genlərin nizamlanmasında rolu olan genlərdə isə oxşarlıqlar olduqca azdır. Bunun səbəbi, bu genlərdə ortaya çıxan mutasiyaların, eksonlara görə çox daha az təsirli olması və bunun sayəsində çox miqdarda təsadüfi mutasiyaların intronlarda yığılmasıdır.

İntron səviyəsində edilən bir analiz zamanı, insanlara olduqca yaxın qohum olan siçanların üzərində belə çox çətinliklər yaranır. İntron səviyyəsində insanlarla siçanlar arasındakı fərq 60%- ə qədər qalxır. Digər tərəfdən ekson düzülüşlərində isə insandakı ilə fərq təxminən 25%-dir. Bu da bayaq dediyimiz çoxlu sayda mutasiyanın rahat bir şəkildə yığıldığını təstiq edir. İntron səviyyəli analizlərdə növlər bir-birindən o qədər sürətlə uzaqlaşır ki, insanla kisəli meymunları müqayisə etməyə çalışanda intronları sıralamaq üçün inkişaf etmiş kompyuter texnologiyalarında  istifadə etməyə məcbur olursunuz. Buna baxmayaraq, müasir texnologiyalarımız sayəsində bu çətin tapşırığın öhtəsindən gələ bilirik.

Daha əvvəl intronlara çevrilmiş retroposonların varlığı və yoxluğuna görə filogenetik ağaclar yaradıla biləcəyini demişdik. Belə ki, bu üsul, indiyə qədər kəşf edilən ən güclü molekulyar filogenetik üsuldur. Halbuki, 200 milyon il əvvələ getdiyimizdə, neytral mutasiyalar o qədər çoxalır ki, intron səviyyəsində olan düzülüşlər az qala “əriyir”. Buna görə, təkamül bioloqları çox sadə bir üsuldan istifadə edirlər: əgər yaxın qohumlar bir-biriylə müqayisə olunursa, həm eksonlar, həm də intronlardan istifadə edilir. Ancaq əgər daha uzaq qohumlar analiz edilirsə, yalnız etibarlı bilgilər verən eksonlar istifadə olunur.

400 milyon ildən əvvələ getdikdə isə, çox az sayda qorunmuş gen və zülalları analiz etməli olacağıq. Digər tərəfdən, ortaq əcdadı 400 milyon il geriyə gedib çıxan canlılar, günümüzdəki eukariyotik canlılardır. Üstəlik, ailələrarası əlaqələrini də araşdıraraq, fərqli soy xətlərinin Təkamül ağacı üstündəki yerlərini tapa bilərik.

Burada, undulmaması lazım olar şey təsadüfi seçilən iki düzülüşün orta hesabla 25% bir-biri ilə oxşar olacağıdır çünki, hər əsas üçün qarşıdakı əsasla eyni olma ehtimalı 25%-ə bərabərdir. Milyardlarla il əvvələ geri qayıtdıqca bəzi qorunmuş eksonlardan başqa sıralanmış bölgələrin tapılması çox çətinləşir, hətta qorunan homolog eksonlarda da oxşarlıq təxminən 35% olur.

Bu şəkildə, bir çox fərqli üsuldan istifadə edərək təkamül bioloqları növlərarası uzaqlığı fiologenetik olaraq ortaya çıxarırlar. Burada vacib olan odur ki, təkamül bioloqlarının genetik struktura baxmadan, yuxarıda saydığımız başqa üsullarla gəldikləri nəticələrin də genetik yolla doğrulanmasıdır. Bu sayədə təkamül biologiyası çox güclü bir elm istiqaməti olaraq yoluna davam edir.

İnsan genetikasında istifadə olunan metodlar

Bu mənadakı genetik oxşarlıqdan bəhs edərkən adətən ya homolog (eyni) genlərə ya da konkret saydakı genlərin nükleotid müqayisələrinə baxılır. Bütün canlılar, ortaq əcdada sahib olduqları üçün, ortaq genləri var. Fərqli canlılardaki eyni vəzifəni yerinə yetirən  (amma nukleotid sıraları bir-birilə eyni olmaya bilən) bu genlərə homolog genlər deyilir.

Məsələn, şempanzelərlə insanlar arasındakı homolog gen oxşarlığı praktik olaraq 100%-ə bərabərdir (nəzəri olaraq 99,9% deyə bilərik). Çünki, bu növlərə öz xüsusiyyətlərini qazandıran züllar (yəni həm də genlər), bir-biri ilə iş mexanizmi baxımından tamamilə eynidir. Başqa sözlə insandakı genlərin hər birinin tam eynisi şempanzelərdə görmək mümkündür. Ancaq bu genlərin içərisində nukleotid fərqlilikləri ola bilər. Məhz bu fərqliliklər, növlər arasındakı fərqləri üzə çıxarır. Bu tipli fərqlərin dah az miqdarda olması da, eyni bir növ içərisindəki fərqlilikləri yəni, növdaxili müxtəlifliyi meydana gətirir. Bu baxımdan, insan populyasiyası içərisində götürəcəyiniz hər hansı iki fərdin arasındakı fiziki, fizioloji və anatomik fərqlər təməldə insan və şempanze arasındakı fərqlərə oxşayacaq.

Həmçinin genom analizlərinin hamısında sadəcə genlərin funksiyasına yox, o genlərin nukleotidlərinə də baxılır. Nukleotidlərə baxmaq daha çətin bir prosesdir ancaq, daha dəqiq nəticələr verir. Məsələn insanla şempanze arasında, 18000-dən çox genin (demək olar ki, bütün genomun) tək-tək nukletid düzülüşlərinə baxıb analiz etdiyimizdə iki növün oxşarlığının 98,77% olduğunu görürük. Yəni gen səviyyəsindən nukleotid səviyyəsinə enib araşdırığımızda fəqliliklərin sayı artığı üçün oxşarlıq da biraz azalır. Ancaq bu, əslində kifayət qədər böyük bir azalma kimi də qıbul edilir. Çünki, Dünya üzərindəki hər hansı iki insanın arasındakı genetik fərqlilik 0,1%-dən də azdır. Başqa sözlə, dünyadakı istənilən iki insan gen səviyyəsində 100%, nukleotid səviyyəsində isə 99,99% oxşardır.

Ən yaxın qohumlarımız olan Neandertallarla nukleotid səviyyəsində fərqimiz 0,12%-dir. Şempanzelərə getdiyimizdə isə bu fərqlilik 1,23%-ə qədər qalxır ki, bunun növlər arasındakı fərqi müəyyən etmək üçün nə qədər vacib olduğunu başa düşmək olar. Daha uzaq “əmioğlularımız” olan makakalarla bu oxşarlıq 93,56%, yeni dünya meymunları ilə 89%, lemurlarla 80%, siçanlarla 40% həndəvərindədir. Göründüyü kimi, nukleotid səviyyəsindəki fərqlər, təkamül baxımından olan uzaqlığı da açıq-aşkar göstərməkdədir.

Genom içərisində zülal istehsal edən ekson bölgələrində yaranan mutasiyalar əksərən növə zərər vurduğu üçün çıxdaş olunur. Buna görə yuxarıda da dediyimiz kimi, eksonlardakı genetik oxşarlıq daha çoxdur. Ancaq adətən gen oxunması prosesini nizamlayan və zülal sintezində iştirak etməyən intron bölgələrindəki mutasiyalar (çoxu neytral olmaqla) daha asan gizlənə bilirlər. Buna görə də, eynitipli ekson analizlərindəki genetik fərq 25%, eynitipli intron analizlərindəki fərq isə 60%-ə qədər yüksələ bilir.

Təbii ki, təkamül baxımından bir-birindən uzaqda olan növlərdə bu fərqlər daha çoxdur. Belə ki, bir məqamdan sonra (məsələn ortaq əcdadı bir milyard və ya daha uzağa gedən növlərdə) yığılan neytral mutasiyaların çox olması səbəbilə, iki fərqli genomun introlarındakı nukletidləri yan-yana düzmək çox çətin hala gəlir. Bu səbəbdən, bütün növlərdə ortaq olan bəzi eksonlar üzərindən analizlər aparılır (ki bütün növlər tərəfindən eyni genlərin paylaşılması da ortaq əcdadın olmasının göstəricisidir).

Qısaca desək, geom analizlərində edilən şey nukleotidlərin bir-birinin yanına düzülərək müqayisə edilməsidir. Bu analizlər, növlərarası qohumluq əlaqələrini və ortaq əcdadları çox dəqiq bir şəkildə ortaya çıxarır. Təkamül biologiyasının ən güclü istiqamətlərindən biri olan genetika elmi sayəsində, genetikanın bir elm kimi mövcud olmadığı zamanlarda ortaya atılan bütün hipotezləri test etmək və demək olar ki, hamısı doğrulamaq, yerdə qalan kiçik bir hissəsində isə düzəlişlər etmək imkanına malikik. Genetik analizlərin də dəqiq bir şəkildə ortaya qoyduğu kimi, bütün növlər ortaq bir əcdaddan təkamülləşmiş və təkamül mexanizmləri çərçivəsində müxtəlifləşərək günümüzə qədər gəlib çıxmışlar.

Növlərarası oxşarlıq niyə təkamülə işarə edir?

Bu nöqtədən sonra söhbət açacağımız genetik oxşarlıq nümunələri, genom xəritəsi əldə edilmiş canlıların genetik xüsusiyyətlərinin nukleotid səviyyəsində müqayisəsindən əldə edilən göstəricilərdir.

Proteogenomik zülalların genetik xüsusiyyətlərini araşdıran elm sahələri, zülallararası oxşarlıq səviyyələrini dərc edə bilərlər. Bu bilgilər, canlıları ümumən müqayisə etmək üçün kifayət deyil. Çünki, təkamül müddətində konvergensiv təkamül (İng: “convergent evolution”) adı verilən bir proses baş verə bilər: Bu proses zamanı, bir-birilə uzaq qohum olan növlər, bir-birindən asılı olmadan oxşar xüsusiyyətləri/molekulları təkamülləşdirə bilər.

Məsələn yarasalarla tutuquşuların sinifləri belə eyni deyil (biri məməlidir. digəri quş) ancaq ikisinin də əcdadları bir-birindən asılı olmadan qanadlar təkamülləşdiriblər. Başqa sözlə, yarasalar və tutuquşuların ortaq əcdadı qanadları olan və uçabilən bir canlı deyildi. Oxşar şəkildə balinalar və müasir balıqlar arasında da baba-nəvə əlaqəsi yoxdur ancaq, hər ikisinin də bir-birindən asılı olmadan üzgəcləri təkamülləşib. Bax buna biz konvergensiv təkamül deyirik. 

Qərəzli insanlar bəzən növlər arasındakı bu konvergensiyanı (oxşarlığı) təkamül qohumluğunun izləri olaraq göstərməyə çalışırlar. Qəribəsi odur ki, eyni adamlar növlər arasında oxşarlığın olmasının təkamülə dəlil ola bilməyəcəyini də müdafiə edirlər. Fikrimizcə, artıq bir qərara gəlsələr yaxşı olar.

Qısası, bu nöqtədə bilməyimiz lazım olan şey istifadə etdiyimiz genetik müqayisənin nukleotid və ya gen əsaslı olmasıdır.

Bu şəkildə edilən genom müqayisələri zamanı, bir-bir nukletidlər və genlər müqayisə olunur, haralarda hansı mutasiyaların olduğu üzə çıxarılır. Sonra isə fərqli olan genlərlə sabit qalan genlər hesablanır və növlərarası qohumluq əlaqələri, həmçinin növün ortaq əcdaddan nə qədər uzun zaman öncə ayrıldığı tapılır.

İki növun genom xəritələri bir-birinə çox oxşayarsa bu iki növə yaxın qohumlar deyilir və bu iki növün ortaq əcdadı digər canılalarla olan ortaq əcdadına görə daha yaxın bir zamanda yaşayıb Həmçinin, bu iki növ ortaq əcdaddan daha yaxın zamanda ayrılıb/növləşib/təkamülləşib. Əgər iki gen xəritəsinin oxşlarlığı azdırsa o zaman bu iki növ qohumdur amma uzaq qohumdur (unutmayın, bütün növlər istənilən halda bir-biri ilə qohumdur və mütləq tarixin hansısa bir yerində ortaq əcdadları olmuşdur) deyilir və bu iki növün ortaq əcdadı bir-birlərilə oxşar xəritəyə sahib olanlarınkından daha əvvəl yaşamışdır. 

İndiysə gəlin insanla (Homo sapiens sapiens) başqa növlərin genetik oxşarlıq səviyyələrinə baxaq:

Növlərarası genom müqayisəsi: İnsanın digər növlərlə qohumluğu nə qədərdir?

HomoloGene, Beynəlxaq Biotexnoloji İnformasiyalar Mərkəzinin internet saytındakı çox sayda axtarış motorlarından biridir. Bu saytda, bugünə qədər genetik xəritəsi çıxarılmış ən azı 10.000 geni müəyyən edilmiş olan növlərin bir-biriylə ortaq (homolog) olan genlərini araşdıra bilərsiniz.

Bu saytda edəcəyiniz axtarışla, növlərin genom ölçülərini də əldə edə bilərsiniz. Məsələn Homo sapiens (İnsan) növünün 3.257.319.537 ədəd nukleotidi varsa, Danio rerio (Zebra balığı) növünün 1.442.815.812 nukleotidi vardır.

Yeri gəlmişkən elə burada yazaq və yazımızın əvvəlindəki miflərdən birini çürüdək: Genomun ölçüsünün (nukleotidlərin ümumi sayının), təkamülləşmə və ya inkişaf etmişliklə bir əlaqəsi yoxdur və növlərin qohumluğunda bir meyar olaraq istifadə edilə bilməz! Yəni şempanzelərlə kartofun eyni sayda xromosoma sahib olması (hər ikisində də 48 xromosom), E.Coli bakteriyası ilə S. cerevisiae göbələyinin oxşar sayda genlərə sahib olması (hər ikisində də 5300-6200 gen olur), Columba Livia göyərçinləri ilə Glycine max soya lobyasının genom ölçülərinin oxşar olması (1100-1300 milyon əsas uzunluğunda) bir-başa qohumluq əlaqəsi demək deyildir! Bu bilgi, bəzən qohumluqla əlaqəli bir ön fikir yaratsa da, çox vaxt bir-başa müqayisə üçün istifadə edilməz. Buna görə də təkamül biologiyası ilə məzələnmək istəyənlərin argumentlərinin heç bir elmi əsası yoxdur. 

İki növün qohumluq əlaqəsini tapmaq üçün, növlərin ortaq olan nukletid və ya gen sayına baxıb, sadə bir riyazi hesablama aparıla bilər. Ancaq bu nöqtədə altından xətt çəkmək istədiyimiz məqam var: Hər araşdırma qrupu növləri müqayisə etmək üçün ayrı metodlardan istifadə edə bilər. Həmçinin genom araşdırmaları həmişə dəqiq bir nəticə verməz. Məsələn, müqayisə olunan fərdlərin spesifik xüsusiyyətləri (misal üçün tək bir nukleotiddə olan mutasiyadan yaranan fərqliliklər), nəticəyə az miqdarda da olsa təsir edə bilər. Araşdırmaçıların tətqiqatlarda nə qədər diqqətli olduqları da vacibdir. Dəqiqlik yaxşıdır və nəticələrin etibarlılığını artırır ancaq, həddindən artıq xırdaçılıq tətqiqatın çox uzun vaxt aparmasına səbəb ola bilər. Buna görə də, hər tətqiqatda xəta payı hesablanır və akademik məqalələrdə dərc edilir və oxşarlıqlar tək bir rəqəmlə deyil, araşdırmaçıların xəta payları və metodları da nəzərə alınaraq bir aralıq olaraq təqdim edilir.

Amma hər nə olur olsun, bir araşdırma qrupu, tətqiq etdiyi növləri eyni metodla ölçüb müqayisə etdiyi müddətcə növlər arasındakı oxşarlıqlar təkamül biologiyasının proqnozlarını təstiq edərsə, təkamülün düzgün bir poqnoz verdiyi nəticəsinə gələ bilərik. Misal üçün, müəyyən bir qrup konkret bir zülal götürülərək müqayisə edilsə, digər bir qrupsa bütün genom ələ alınaraq müqayisə edilsə və hər iki halda nəticələr eyni tarixə gəlib çıxsa bu canlıların arasındakı qohumluğun və oxşarlığın doğru olduğunu sübut edər. Yəni genom analiz metodları müxtəlif şərtlər altında təkralanaraq, konsensus genom adı verilən, ən etibarlı genom sıralama nəticələri əldə edilir.

Məhz buna görə də təkamül, təkrar-təkrar, min-bir üsulla və fərqli aspektlərdən test edilib hər dəfəsində də tesdən uğurla keçdiyi üçün çox güclü bir teoriya hesab edilir. Yoxsa bir ölçmə zamanı bir nəticədə, başqa bir ölçə zamanı isə dəxlisiz başqa bir nəticə əldə edilsəydi, təkamülün keçmişinə şübhə etməli olardıq. Amma vəziyət tamam fərqlidir: Təkamül, növlərin keşmişini təyin etmə məsələsində çox dəqiqdir!

İnsanın digər canlılarla qohumluğu

Müsir araşdırmalar göstərir ki, insanın bəzi növlərlə oxşarlıq səviyyəsi aşağıdakı kimidir:

  • Homo neanderthalensis (Neandertal İnsan): %98-99

  • Pan troglodytes (Şempanze): %86-98

  • Pan paniscus (Bonobo): %88-96

  • Canis familiaris (İt): %86-90

  • Felis catus (Pişik): %88-91

  • Bos taurus (Öküz): %75-87

  • Mus musculus (Ev siçanı): %70-85

  • Rattus norvegicus (Siçan): %72-87

  • Gallus gallus (Toyuq): %57-68

  • Danio rerio (Zebra Balığı): %74-78

  • Drosophila melanogaster (Meyvə milçəyi): %58-64

  • Arabidopsis thaliana (Keşnişkimilər): %50-65

  • Musa sp. (Banan): %58-62

  • Oryza sativa (Düyü): %45-62

  • Anopheles gambiae (Ağcaqanad): %36-44

  • Magnaporthe grisea (Düyü göbələyi): %32-36

  • Neurospora crassa (Çörək göbələyi): %31-35

  • Narcissus sp. (Nərgizgülü): %25-35

  • Chlamydomonas reinhardtii (Su Yosunu): %25-35

  • Caenorhabditis elegans (Yumru soxulcan): %24-28

  • Saccharomyces cerevisiae (Çörək mayası): %21-24

  • Kluyveromyces lactis (Kluyveromyces mayası): %21-24

  • Eremothecium gossypii (Göbələk): %18-22

  • Schizosaccharomyces pombe (Fisyon mayası): %14-18

  • Plasmodium falciparum (Plazmodiyum): %1-5

Mənbə: John Hopkins Universiteti

Gördüyümüz kimi, Təkamül ağacının pillələrindən aşağı endikcə insan və digər növlər arasındakı fərqlər böyüyür. Çünki, bir şempanze ilə insan çox yaxın qohum ikən, bir plazmodiyumla insan arasındakı ordaq əcdad milyonlarla il öncəyə gedib çıxır. Bu o demək deyil ki, insan plazmodiyumdan yaranıb. Doğrusu belə olacaq: İnsana qədər gələn nəsil xətti plazmodiyum ilə olan ortaq əcdaddan 1,78 milyard il əvvəl ayrılmışdır ancaq, həmin ayrılmadan sonra hər iki nəsil xəttindən də yüzlərlə, minlərlə, milyonlarla başqa növlər ayrılıb təkamülləşmişdir. Yəni 1,78 milyard il əvvəl yaşayan insan ilə plazmodiyumun ortaq əcdadı olan bu növ, nə günümüzdəki plazmodiyuma nə də günümüzdəki insana bənzəyir. Hər ikisiylə bir-başa əlaqəsi belə yoxdur.

Təkamül Ağacının üstündə keçmişdə yaşamış hər hansı başqa növü də götürə bilərik. Bu növün bütün nəvələrini izləyə bilsək və əgər bu növ günümüzə qədər gəlib çıxıbsa ondan tamam fərqli növlərin ayrıldığını da görəcəyik. Eynilə bir ağacın gövdəsindən çoxdlu böyük budaqların çıxması və bu budaqlardan daha nazik budaqların ayrılması kimi. Seçəcəyimiz ortaq əcdadlardan hər hansı birinindən budaqlanan bu qollardan biri arada minlərlə növün ayrılma nöqtəsindən keçərək günümüzə qədər gəlib çıxacaqdır. Bu yolda ayrıldığını dediyimiz budaqlar, fərqli növlərə doğru uzanacaq, bəzilərinin nəsli kəsiləcək, bəzi növlərsə günümüzə qədər gəlib çıxacaqlar. Bu növlər günüzmdəki növlərin “əmioğluları” olaraq adlanırlar. Ortaq əcdaddan təkamülləşmə dediyimiz də məhz budur və təkamülün bütün budaqlarını göstərən bu sxemaya Təkamül Ağacı deyilir.

İnsana gedən təkamül xəttinin icmalı

Budur, genetik müqayisə zamanı plazmodiyum ilə bu qədər az oxşarlığımızın olması, ortaq əcdadımızın digər növlərlə müqayisədə çox daha keçmişə getdiyini, bəlkə də milyardlarla il əvvəl yaşadığını göstərir. Ancaq siyahının daha yuxarısındakı növlərə baxdığımızda və nəhayət şempazne, bonobo və neandertallara gəldiyimizdə, oxşarlıqların getdikcə artdığını və az qala 100%-ə çatdığını görürük. Bu Təkamül Ağacında getdikcə daha yaxın budaqlara çatdığımızı göstərir. Həqiqətən də, insanlarla Neandertallar 440.000 il əvvəl, insanlarla şempanzelər 6 milyon il əvvəl, insanlarla gorillalar 8 milyon il əvvəl, insanlarla oranqutanlar isə 12 milyon il əvvəl bir-birlərindən ayrılmışlar.

Təbii ki, bu ayrılma nəticəsində hər dəfə “insan” növü meydana gəlmədi. Xronoloji sırayla getsək, oranqutanlar ilə insanlar, şempanzelər və gorillərin ortaq əcdadı 12 milyon il əvvəl iki qola ayrıldı. Bu əcdad nə oranqutana nə şempanzeyə nə insana nə də gorillaya oxşayırdı…Ancaq 12 milyon illik təkamül nəticəsində, populyasiyanın bölündüyü iki qoldan biri müasir oranqutanlara gedən xətt oldu. 

Ortaq əcdadın yerdə qalan hissəsi isə fərqli bir istiqamətdə təkamülləşdi. Aradan 4 milyon il keçəndən sonra, təbii ki, növ əvvəlki əcdadından çox fərqliləşmişdi. Onsuz da bu səbəbdən oranqutanların ayrıldığını deyirik. Ancaq 4 milyon il sonra, yəni günümüzdən 8 milyon il əvvəl yeni bir növ ayrılmağa başladı. Yenə populyasiya bölünmüş, ya da təkamül mexanizmləri nəticəsində populyasiya içərisində budaqlanaraq başqa-başqa istiqamatlərə getməyə başlamışdır.

Bax bu nöqtədə qorillalar ayrıldı. İki yoldan biri 8 milyon il boyunca təkamülləşərək və arada onlarla növ yaradaraq müasir qorillara gəlib çıxdı. Digər qol da yoluna davam etmiş və 2 milyon il sonra, yəni günümüzdən 6 milyon il əvvəl daha bir budaqlanma baş vermişdir. Bu budaqlanma nəticəsində populyasiya yenə iki yerə ayrılmış (ya da daha çox yerə bölünmüş, amma digər qolların nəsli kəsilmişdir) və şempanzelərlə insanların xəttinin əsasını qoymuşdur.

6 milyon il daha təkamül keçdikdən sonra şempanzelərin xəttində təxminən günümüzdən 2 milyon il əvvəl bir daha bölünmə baş vermiş və bonobolarla müasir şempanzelər yaranmışdır (o zaman əvvəldə dediyimiz şempanzelər indikilərin əcdadı sayılacaq). Digər xətt isə 6 milyon il boyunca dəfələrlə bölünmüş, bunlardan bildiyimiz qədərilə 25 fərqli növ yaranmış və bu növlərdən biri təxminən 300.000 il əvvəl budaqlanaraq yarılan Homo Sapiens, yəni müasir insan növünü əmələ gətirmişdir.

Bax bu bizim son 12 milyon ildəki təkamül yolumuzun qısa bir icmalıdır.

Məqalə Evrim Ağacı saytından tərcümə edilib.

Mənbə: www.yasilelm.com