Xəbər almağınız üçün varıq

Medicina.az — Bill Qeytsdən koronavirusla bağlı — MÜHÜM ÇAĞIRIŞ

9
  • 12:49
  • 712 Baxış

Milyarder və “Microsoft”un həmtəsisçisi Bill Qeyts COVID-19-un “bir əsrdir qorxduğumuz patogen” ola biləcəyini düşünür.
Onun fikrincə, bu, sülh üçün ciddi təhlükə yaradır, çünki digər ölümcül viruslardan daha qorxuludur.

Qeyts açıqlamasında bildirib ki, böhran vəziyyətində liderlərin iki əsas vəzifəsi var: problemi tez həll etmək və təkrarlanmasının qarşısını almaq:
“COVID-19 ilə bağlı vəziyyət çox gözəl nümunədir. Hökumətlər həyatları xilas etməli və eyni zamanda mübarizə yollarını axtarmalıdır. Birinci vəzifə aktualdır, lakin ikincisi daha çox zaman tələb edir.
İllərdir həkimlər 1918-ci ildə yayılan vəbanın təkrarlanacağı ilə bağlı xəbərdarlıq edirdilər, yeganə sual bunun nə vaxt baş verəcəyi idi. Koronavirusun o qədər də ciddi nəticə verməyəcəyi ehtimalı var, amma ən pisinə hazırlaşmaq daha yaxşıdır. Lakin pandemiyanın çox təhlükəli olduğu ortaya çıxdı, odur ki, yoluxucu və ölümcül viruslardan daha risklidir. Virus immuniteti zəif olan yaşlılarla yanaşı sağlam yetkinləri də öldürə bilər. İkincisi, COVID-19 son dərəcə effektiv şəkildə ötürülür. Orta hesabla virusa yoluxmuş adam iki və ya üç nəfəri yoluxdura bilir”.
Bill Qeyts əlavə edib ki, ölüm nisbəti adi qripdən dəfələrlə yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, ölkədə dərman keyfiyyətindən asılı olaraq rəqəmlər 0.7-4% arasında dəyişir.
Qeyts iqtisadi cəhətdən inkişaf etmiş ölkələri virusun yayılmasına qarşı kömək etməyə çağırıb. ÜST yanvar ayında Çin ilə daim təmasda olan zəif inkişaf etmiş səhiyyə sistemlərinə malik 13 prioritet ölkəni xüsusilə vurğulayıb. Bunlara Konqo, Efiopiya və Qana daxildir.
“Afrika və Cənubi Asiya ölkələrinə kömək etməklə, həyatımızı xilas edə və virusun qlobal dövriyyəsini ləngidə bilərik”, — deyə milyarder sözlərinə əlavə edib.
Yeri gəlmişkən, bu yaxınlarda Melissa Fondu və B.Qeyts bu məqsədlə 100 milyon dollar ayırıb.
SARS və ya COVID-19-un yayılma səbəbləri arasında mütəxəssislər bazarlarda vəhşi heyvanların satışı ilə bağlı sanitariya standartlarının pozulmasını göstərmişdi.
Qeyd edək ki, Çin koronavirusun asemptomatik yoluxma ehtimalını təsdiqləyib. Uhandan olan 20 yaşlı qadın virusu ailənin beş üzvünə yoluxdurub, lakin onlarda xəstəliyin heç bir əlaməti özünü göstərməyib. (Publika.az)

Mənbə: www.medicina.az