Xəbər almağınız üçün varıq

Tələbələr üçün dizayn müsabiqəsi elan edilib

9

12.02.2020 13:02

Tələbələr üçün dizayn müsabiqəsi elan edilib

Tweet

Çap et

Beynəlxalq İnteryer Dizayn Assosiasiyası (IIDA) dünyanın hər bir yerindən olan, hazırda interyer dizayn və ya memarlıq ixtisasları üzrə təhsil alan bakalavr və magistrlər üçün dizayn müsabiqəsi elan edib.

AzEdu.az xəbər verir ki, müsabiqə interyer dizayn sahəsində yenicə fəaliyyətə başlayan peşəkarlar üçün özlərini göstərməyə imkan yaradır.

Birinci, ikinci və üçüncü yerin qalibləri bir qrup interyer dizayner və biznes peşəkarından təşkil edilmiş münsiflər heyəti tərəfindən innovasiya və kreativlik, uyğunluq və funksionallıq, proqram tələblərinin yerinə yetirilməsi və məlumatın təqdimatı kimi parametrlərə əsasən seçiləcək.

Birinci yer 2500, ikinci yer 1500, üçüncü yerin qalibi isə 750 ABŞ dollar pul mükafatı alacaq.

Mənbə: azedu.az